PDF Oxu

İqtisadiyyat

  • 12

Abşeron Regional Elektrik Şəbəkəsində payız-qış mövsümünə hazırlıq işləri görülür

Abşeron Regional Elektrik Şəbəkəsində payız-qış mövsümünə hazırlıq işləri görülür

Abşeron Regional Elektrik Şəbəkəsində payız-qış mövsümünə hazırlıq işləri davam edir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu çərçivədə avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsi, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra sistem əhəmiyyətli tədbirlər görülmüşdür. O cümlədən, 220 kV-lik "Səngəçal" yarımstansiyasında 1 nömrəli 125 MVA avtotransformator daha güclü - 200 MVA-lıqla əvəzlənmişdir.

Eyni zamanda, sözügedən yarımstansiyada 220 kV-lik tərəfdə yeni 5-ci bölmənin tikinti işləri başa çatdırılmışdır. Hazırda bu yarımstansiyada 220/110 kV-lik açıq paylayıcı quruluşda yenidənqurma işləri davam etdirilir.

AzərTAc

Digər xəbərlər