PDF Oxu

İqtisadiyyat

  • 20

Bakıda investorlar yarmarkası keçirilir

Bakıda investorlar yarmarkası keçirilir

Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə investorlar yarmarkası işə başlamışdır.

"Məsuliyyətli maliyyənin istiqamətləndirilməsi və sektorun stabilliyinin təmin edilməsi" mövzusunda keçirilən tədbirdə mikromaliyyə təşkilatlarının və bankların nümayəndələri iştirak edirlər. Tədbirin qızılı sponsoru "PaşaBank", gümüşü sponsorları "SoftwareGroup", "Triple Jump", "İnkişaf üçün maliyyə", "Aqroİnvest", "Creditİnfo", "AzərKredit" təşkilatları, xüsusi seminar tərəfdaşı Cənub-Şərqi Avropa üçün Avropa Fondudur.

Yarmarkanın əsas məqsədi üzvlər, səhmdarlar və donorlar arasında daha sıx əlaqə yaratmaqdır. Belə ki, mikromaliyyənin yoxsulluğun aradan qaldırılmasında, regional sosial-iqtisadi, kiçik və orta sahibkarlığın inkişafında mühüm rolu vardır.

Yarmarkada iştirakçılar potensial biznes müştəriləri və tərəfdaşları ilə tanış olacaq, yeni maliyyələşmə və əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparacaqlar.

AzərTAc

Digər xəbərlər