Tovuz Rayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, bu ilin ötən dövründə rayonda heyvandarlıq məhsullarının istehsalında xeyli artım qeydə alınmışdır.
Sentyabrın 1-nə olan məlumata görə, rayonda diri çəkidə 3963 ton ət, 21 min 165 ton süd, 314,2 ton yun, 9 milyon 489 min ədəd yumurta istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 423 ton, süd istehsalı 5 min 135 ton, yun istehsalı 12 ton, yumurta istehsalı 227 min ədəd artmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...