Tərtər rayonunda cari ilin məhsulu üçün rayonda 420 hektar sahədə çuğundur əkilmişdir.
Rayonun statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri bu günədək 136 hektar sahədə məhsul toplamış, 2 min 877,3 ton çuğundur əldə etmişlər. Məhsuldarlıq hər hektardan 211,6 sentner olmuşdur.
Rayonda çuğundur yığımı davam edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...