PDF Oxu

İqtisadiyyat

  • 26

Azərbaycanın regionlarında radiomonitorinq işləri aparılır

Azərbaycanın regionlarında radiomonitorinq işləri aparılır

Respublikada növbəti dəfə radio və televiziya yayımının vəziyyəti yoxlanılır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AzərTAc-a bildirmişlər ki, radiomonitorinq Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Füzuli, Ağcabədi, Qəbələ, Ağsu, Göyçay, Tərtər, Bərdə, Ağdam, Kürdəmir, Ucar, Zərdab, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik və Astara rayonlarında həyata keçirilir.

Bu məqsədlə Dövlət Radiotezliklər İdarəsinin radiomonitorinq şöbəsinin mütəxəssisləri adıçəkilən bölgələrə ezam olunmuşlar.

AzərTAc

Digər xəbərlər