PDF Oxu

İqtisadiyyat

  • 21

Şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Şəhər və rayon mərkəzlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur

Hazırda 38 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı kompleks tədbirlər həyata keçirilir. Ondan artıq şəhərdə isə bu ilin sonu və gələn ilin birinci yarısında bu istiqamətdə işlərə başlanılacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov demişdir.

Su təchizatı və kanalizasiya sektoru çox vacib sosial sahə olmaqla yanaşı, böyük investisiya tutumludur deyən Q.Hüseynov bildirmişdir ki, bu sahədə infrastrukturun əsas hissəsi ötən əsrin 50-70-ci illərində yaradılmış və uzun illər istismar olunmuşdur. Onların çoxu istismar müddətini başa çatdırdığından istifadəyə yararsız vəziyyətə düşmüşdür. Üstəlik ölkə əhalisinin artımı, yeni yaşayış massivlərinin salınması bu sahəyə diqqəti artırmışdır. Hazırda həm Bakı şəhəri və Abşeron yarımadasında, həm də regionlarda böyük layihələr icra edilir. Regionlarda reallaşdırılan layihələr rayon mərkəzlərinin yaxınlığında və magistral kəmərlərin keçdiyi ərazilərdə yerləşən 350-dən artıq kəndi də əhatə edəcəkdir.

AzərTAc

Digər xəbərlər