"Böyük Bakının regional inkişaf sxemi"ndə paytaxtın mərkəzi hissəsində şəxsi nəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılması ilə bağlı təkliflər də öz əksini tapmışdır. Bu isə ictimai nəqliyyatın inkişafını stimullaşdırmaqla yanaşı, tıxac probleminin həllini asanlaşdıracaqdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AzərTAc-a bildirmişlər ki, layihədə həmçinin Qaradağ rayonunun Ələt qəsəbəsində yeni beynəlxalq aeroportun tikintisi nəzərdə tutulmuşdur. Abşeron yarımadasının ərazisində isə 90 kilometr uzunluğa malik yüksək sürətli dəmiryolu xətti çəkiləcəkdir.
Elektrik qatarları gələcəkdə Biləcəri, Rəsulzadə, "8-ci kilometr", Sabunçu, Suraxanı, Binə, Mərdəkan, Maştağa, Zabrat, Novxanı və Pirşağı qəsəbələrinə gedə biləcəklər.
Bundan əlavə, Dübəndi, Türkan və Zıx qəsəbələrində şəhərciklər yaradılması planlaşdırılmışdır. Mərdəkan, Maştağa, Pirşağı, Nardaran qəsəbələrində isə turist zonaları inkişaf etdiriləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...