PDF Oxu

İqtisadiyyat

  • 24

Eleqaz açarlarının tətbiqi genişlənir

Eleqaz açarlarının tətbiqi genişlənir

Ötürücü sistemin dayanıqlı fəaliyyətinin daha da yaxşılaşdırılması məqsədilə şəbəkələrdə müasir avadanlığın tətbiqinə xüsusi diqqət yetirilir. Bunlardan biri də təkmil və qənaətli eleqaz tipli açarlardır.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, eleqaz açarlarının tətbiqi bütün enerji sistemini əhatə edir. İlk növbədə 220 və 110 kilovoltluq (kV) yarımstansiyalarda bu tipli açarlar quraşdırılır.

Abşeron Regional Elektrik Şəbəkəsi (REŞ) Müəssisəsi üzrə "Səngəçal" və "Hövsan" yarımstansiyalarında bu işlər həyata keçirilmişdir. Mingəçevir REŞ Müəssisəsində isə bu proses "Ucar" yarımstansiyasında başa çatdırılmışdır. Hazırda "Ağsu", "Bərdə" və "Göyçay" yarımstansiyalarında işlər davam etdirilir. Gəncə REŞ Müəsisəsi üzrə "Gəncə 1", "Gəncə 3" və "Maşınqayırma" yarımstansiyalarında eleqaz açarlarının quraşdırılması yekunlaşmışdır.

Şirvan REŞ Müəsisəsində "Masallı" və "Cənub" yarımstansiyalarında müvafiq işlər başa çatdırılmış, "Ələt" yarımstansiyasında isə davam etdirilir. Şəki REŞ Müəssisəsinin xidməti ərazisi üzrə qeyd olunan tədbirlər yalnız "Şəki", İmişli REŞ Müəssisəsi üzrə isə "Kürdəmir" və "Sabirabad" yarımstansiyalarında həyata keçirilmişdir. Xaçmaz REŞ Müəssisəsinin "Qusar", "Şabran" və "Xudat" yarımstansıyalarında işlər yekunlaşmışdır.

Hazırda yağ açarlarının eleqaz açarları ilə əvəzlənməsi prosesi davam etdirilir.

AzərTAc

Digər xəbərlər