"Əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsul 9 ayda 5,4 faiz artıb və aparılmış uğurlu şaxələndirmə siyasəti nəticəsində bu artım bütövlükdə qeyri-neft sektorunun inkişafı hesabına təmin edilib. Ötən dövrdə xarici ticarət dövriyyəsi 5,7 faiz artıb". Bu fikirləri iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib.
Bu ilin 9 ayında dövlət büdcəsinin gəlirlərinin ötən ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artdığını deyən Şahin Mustafayev qeyri-neft sektorundan vergi daxilolmalarının 11,3 faiz artdığını bildirib. Onun sözlərinə görə, Regional İnkişaf Proqramı çərçivəsində bu ilin ötən dövründə infrastrukturun inkişafı, o cümlədən yolların inşası və yenidən qurulması, əhalinin enerji, qaz, istilik, su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması, rayonların abadlaşdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb.
"Bölgələrin inkişafında xüsusi əhəmiyyəti olan kənd yollarının təmiri, bərpası və yenidən qurulması ilə bağlı ötən il başlanılmış 19 layihənin 11-nin icrası bu il başa çatdırılıb. Hesabat dövründə 162 yaşayış məntəqəsi qazla təmin edilib, 4 elektrik stansiyası istismara verilib. Əhalinin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması məqsədilə müvafiq işlərə başlanıb, 16 şəhər və rayon mərkəzinə içməli su verilib. "Taxtakörpü su anbarı və Taxtakörpü-Ceyranbatan su kanalı aqrar sektorun inkişafını sürətləndirməklə yanaşı, əhalinin içməli su və enerji ilə təchizatını daha da yaxşılaşdıracaq" - deyə, nazir vurğulayıb.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...