PDF Oxu

İqtisadiyyat

  • 31

Payızda əkinlər normal suvarma suyu ilə təmin olunacaqdır

Payızda əkinlər normal suvarma suyu ilə təmin olunacaqdır

Cari ilin doqquz ayı ərzində Tovuz suvarma sistemləri idarəsinin üç pilləli nasos stansiyasında 5 nasos aqreqatı əsaslı təmir olunmuşdur.

İdarədən AzərTAc-a bildirmişlər ki, bundan əlavə, üç pilləli nasos stansiyasında altı 2500 kilovatlıq elektrik mühərriki təmir olunmuş, stansiyanın birinci pilləsində 4 yeni nasos və 4 yeni elektrik mühərriki quraşdırılmışdır.

Görülən tədbirlər nəticəsində payız mövsümündə əkinlərin suvarılmasında problem olmayacaqdır.

AzərTAc

Digər xəbərlər