Zaqatala rayonunun təsərrüfatlarında qarğıdalı yığımı mütəşəkkil davam edir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu il təsərrüfatlarda 5 min 902 hektar sahədə qarğıdalı əkilmişdir. Əkin sahələri əvvəlki ilə nisbətən 723 hektar artırılmışdır. İndiyədək 5 min 400 hektar sahənin məhsulu yığılmış, 29 min tona yaxın dən qarğıdalı istehsal olunmuşdur. Hər hektardan orta məhsuldarlıq 54 sentner təşkil edir. Fermerlər qalan 500 hektar sahənin də məhsulunun tez və itkisiz yığılması üçün səylə çalışırlar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...