Cari il noyabrın 4-5-də "Fairmont Baku" mehmanxanasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə "Neft sənayesində ətraf mühit məsələlərinə dünyəvi baxış" mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmişdir. Konfransa təşkilati dəstəyi "Iteca Caspian" MMC və IDEA kampaniyası tərəfindən veriləcəkdir.
Konfransda 200 nəfərdən artıq nümayəndənin iştirakı gözlənilir. Onların arasında müxtəlif ölkələrin hökumət təşkilatları və neft-qaz şirkətlərinin nümayəndələri, habelə ekologiya sahəsində fəaliyyət göstərən alimlər və aparıcı mütəxəssislər də vardır.
Tədbirin məqsədi ekologiya sahəsində mövcud məsələlərin təhlili ilə yanaşı, həmin məsələlərin beynəlxalq əməkdaşlıq çərçivəsində həllinə dair aktual təkliflərin işlənib hazırlanmasıdır.
Konfrans çərçivəsində neft-qaz sənayesinin inkişafı və atmosfer emissiyaları, dənizdə neft-qaz hasilatı üzrə əməliyyatların su hövzələrinə təsiri, neft və neft məhsulları ilə çirklənmiş torpaqların bərpası və idarə olunması, neft sənayesi tullantılarının idarə edilməsi üzrə innovativ yanaşma tərzi, alternativ energetika və neft-qaz əməliyyatlarında enerjidən istifadənin səmərəsi və bu kimi mövzulara toxunulacaqdır.
Konfransın platin sponsoru ARDNŞ, qızıl sponsoru bp, bürünc sponsoru isə "Total" şirkətidir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...