"Dağlıq Qarabağın azərbaycanlı icması erməni icması ilə görüş üçün hər zaman təşəbbüs göstərir, amma qarşı tərəf buna qarşı çıxır". Bu sözləri "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev deyib.
R.Rzayev xatırladıb ki, 2009-cu ildə Almaniyada icmalar arasında belə bir görüş planlaşdırılmışdı, amma erməni icması görüşə qatılmadı. Onun sözlərinə görə, Cənubi Qafqazda uzunmüddətli sülhə aparan yol Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir.
"Azərbaycanlı icması erməni icması ilə görüşlərə başlamaq üçün istənilən imkandan istifadə edir. Əminəm ki, icmalar arasında görüşlər baş tutsa, itirilmiş münasibətləri bərpa edə və sülh danışıqlarına öz töhfəmizi verə bilərik"- deyə, R.Rzayev vurğulayıb.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...