PDF Oxu

İqtisadiyyat

  • 47

“AtaBank” “Visa imtiyazlar dünyasını kəşf et!” kampaniyasına start verdi

“AtaBank” “Visa imtiyazlar dünyasını kəşf et!” kampaniyasına start verdi

Azərbaycanda nağdsız ödənişlərin dövriyyəsini artırmaq məqsədilə "AtaBank" ASC "VISA International" təşkilatı ilə birgə oktyabrın 21-dən yeni aksiyaya başlayıb. SİA-ya verilən məlumata görə, "Visa imtiyazlar dünyasını kəşf et!" aksiyası dekabrın 20-dək davam edəcək. Bankın filiallarında bütün növ "Visa Premium" (Gold və Platinum) kartları sifariş edən müştərilərə "MyBrands" mağazalar şəbəkəsində 20% endirim əldə etmək üçün 3 kupon veriləcək. Aksiyadan əvvəl sifariş edilən "Visa Premium" kartları da "MyBrands" mağazalar şəbəkəsində 120 manatdan yuxarı alış-veriş etdikdə kuponsuz 10% endirim əldə edəcək. Aksiyanın bütün iştirakçılarına əlavə olaraq "MyBrands" mağazalar şəbəkəsində hər zaman 5% endirim əldə etmək imkanı verən "MyBrands Standart" kartı hədiyyə veriləcək.Qeyd edək ki, kuponlardan yalnız 1 dəfə istifadə etmək olar. Kuponlar 2014-cü il yanvarın 15-dək etibarlıdır. "MyBrands" mağazalar şəbəkəsinə "United Colors of Benetton", "Bebe", "Sisley", "Accessorize", "Tommy Hilfiger", "Monsoon", "Adidas", "Nike", "Nine West", "Coast" və s. mağazalar daxildir.

sia.az

Digər xəbərlər