PDF Oxu

İqtisadiyyat

  • 33

Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VII Beynəlxalq konfrans işə başlamışdır

Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VII Beynəlxalq konfrans işə başlamışdır

Oktyabrın 23-də Bakıda informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə VII Beynəlxalq konfrans (AICT-2013) işə başlamışdır.

"AICT-2013" konfransı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya), Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun dəstəyi ilə həyata keçirilir.

Oktyabrın 25-dək davam edəcək konfransda "İKT tətbiqində müasir nailiyyətlər", "Böyük vergilərin idarəsi və tətbiqi", "Verilənlərin emalı və verilənlər mühəndisliyi", "Kibertəhlükəsizlik problemləri", "Kommunikasiya, şəbəkə və avadanlıq", "Biznes, idarəetmə və iqtisadiyyatda İKT", "Dövlət xidmətlərində İKT", "Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT", "Tibb və səhiyyədə İKT" və digər mövzular müzakirə olunacaqdır.

"AICT-2013" konfrans çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur.

yap.org.az

Digər xəbərlər