Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac xam neft boru xəttinin Türkiyədən keçən 1076 kilometrlik hissəsinə düşən ərazidəki yaşayış məntəqələrində insanların rifahı yüksəlmişdir.
BTC kəmərinin Türkiyə üzrə operatoru BOTAŞ İnternational Limited şirkətinin məlumatına görə, bu ərazidəki 330 kənd və qəsəbənin infrastrukturu yenidən qurulmuş, yeni içməli və suvarma su xətləri çəkilmişdir. 2003-2016-cı illər üçün qəbul olunmuş proqrama əsasən 110 milyon dollar vəsait ayrılmış, yeni iş yerlərinin yaradılması, əhalinin aztəminatlı hissəsinin peşə təhsili üçün kurslara göndərilməsi həyata keçirilmişdir. Bundan başqa, 130 min fermer təsərrüfatı üçün həyata keçirilmiş layihələr nəticəsində 2500 nümunəvi təsərrüfat yaradılmış, kənd əhalisinin rifahı yüksəlmişdir.
Azərbaycan xam neftinin nəqli sayəsində əldə olunan gəlirlər hesabına kənd və qəsəbələrdə səhiyyə layihələri də həyata keçirilmiş, 37 min nəfər kurslara cəlb olunmuşdur.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...