Bu ilin doqquz ayında dövlət sosial sığorta sistemində fərdi hesaba malik olan sığortaolunanların sayı artmışdır. Oktyabrın 1-nə olan statistikaya əsasən, bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində şəxsi hesabı olan sığortaolunanların sayında 14,7 faiz artım qeydə alınmışdır.
DSMF-dən AzərTAc-a bildirmişlər ki, hesabat dövründə Fond tərəfindən əlavə olaraq 370 min 954 sığortaolunana sosial sığorta nömrəsi verilərək, onlar üçün fərdi hesab açılmışdır. Nəticədə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2 milyon 637 min 28 nəfərə yüksəlmişdir ki, onların da 58,6 faizini kişilər, 41,4 faizini isə qadınlar təşkil edir.
Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 23,9 faizini 30 yaşa qədər olan vətəndaşlar, 23,5 faizini 30-40, 22,7 faizini 40-50, 20,3 faizini 50-60 yaş arasında olan vətəndaşlar, 9,6 faizini 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...