Ağstafa Rayon İcra Hakimiyyətində ilin doqquz ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş şura iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, iclasda rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin hesabat məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, cari ilin doqquz ayı ərzində Ağstafa rayonu üzrə ümumi məhsul buraxılışının həcmi 90,9 milyon manata çatmışdır. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz çoxdur. O cümlədən sənaye məhsulu 3,3 faiz artaraq 2,6 milyon manata, kənd təsərrüfatı məhsullarının həcmi 5,6 faiz artaraq 35,6 milyon manata, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 11,3 faiz artaraq 30,7 milyon manata çatmışdır. Tikintidə artım 15 faiz, rabitə xidmətində 14,5 faiz, ticarətdə 4,6 faiz təşkil etmişdir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 4,6 faiz artmışdır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində rayonda 604 yeni iş yeri açılmışdır.
İclasda rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə də irəliləyişə nail olunduğu diqqətə çatdırılmışdır. Belə ki, rayon üzrə iri buynuzlu mal-qaranın sayı 25826 başa, davarların sayı isə 171944 başa çatmışdır. Ət istehsalında 179 ton, süd istehsalında 756 ton, yun istehsalımda 9 ton, yumurta istehsalında 137 min ədəd artım qeydə alınmışdır.
Hesabat dövründə vətəndaşların qəbuluna və müraciətlərinə baxılması da diqqət mərkəzində saxlanılmışdır. Doqquz ayda rayon icra hakimiyyəti başçısının aparatına 1074 müraciət daxil olmuş, 962 vətəndaş qəbul edilmişdir. Yerlərdə təşkil olunmuş 31 səyyar qəbulda 5543 sakin iştirak etmişdir. Qaldırılan məsələlərin bir çoxu artıq öz həllini tapmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...