Oktyabrın 23-də Qobustan eksperimental enerji poliqonunda Azərbaycan Dövlət Alternativ və bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) təşkilatçılığı ilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, təbirdə çıxış edən ABOEMDA-nın sədri Akim Bədəlov demişdir ki, poliqonda ilk dəfə 1 milyon kilovat/saat enerji istehsal olunaraq "Azerenerji" MMC-yə ötürülmüşdür.
Tədbir çərçivəsində ABOEMDA-nın nümayəndələri, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov və KİV nümayəndələri Qobustan eksperimental enerji poliqonunun fəaliyyəti ilə tanış olmuşlar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...