Gürcüstan Milli Statistika Xidmətindən verilən məlumata görə, 2013-cü ilin ötən 9 ayı ərzində Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 958,02 milyon dolları təşkil etmişdir.
Bu, Gürcüstanın ümumi ticarət dövriyyəsinin 12,6 faizi həcmindədir. Hesabat dövründə iki ölkə arasında 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə ticarət dövriyyəsinin 1,8 faiz artdığı bildirilir.
Müqayisə üçün qeyd edək ki, keçən ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 940,68 milyon dollar məbləğində olmuşdur.
Statistika Xidmətinin məlumatında Azərbaycanın Türkiyədən sonra Gürcüstanın ticarət tərəfdaşları sırasında ikinci yeri tutduğu qeyd olunur. Üçüncü yerdə isə Ukraynadır.
Bu ilin 9 ayında Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 7,59 milyard dollar təşkil etmişdir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...