Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) qarşıdakı beş ildə "Şahdəniz-2", Cənub boru kəməri, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik kəməri (TAP) layihələrini reallaşdırmağı qarşısına məqsəd qoymuşdur.
Bu sözləri ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev jurnalistlərə müsahibəsində demişdir.
R.Abdullayev bildirmişdir ki, bizim əsas hədəfimiz Azərbaycan qazının Avropa və region ölkələrinə çatdırılmasıdır.
ARDNŞ-nin prezidenti bildirmişdir ki, bu layihələrdən biri olan TAP 40 milyard dollar dəyərində dünya əhəmiyyətli bir layihədir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...