Gürcüstanın İqtisadiyyat və Sabit İnkişaf Nazirliyinin nəqliyyat siyasəti şöbəsinin müdiri Ketevan Salukvadze demişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan ərazisində tikintisi cədvələ uyğun aparılır və işlər nəzərdə tutulduğu müddətdə başa çatacaqdır.
Onun dediyinə görə, dəmir yolunun Marabda-Tetrisxaro (Ağbulaq) hissəsində işlərin 78 faizi, Tetrisxaro-Zalqa hissəsində 54 faizi, Zalqa-Axalkalaki hissəsində 23 faizi, Axalkalaki-Kartsaxi hissəsində isə 33 faizi artıq yerinə yetirilmişdir.
K. Salukvadze əmin olduğunu bildirmişdir ki, Asiyadan birbaşa Avropaya çıxışı təmin edəcək bu dəmir yolu planda nəzərdə tutulduğu vaxtda istifadəyə veriləcəkdir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...