Oktyabrın 30-da "Neftqazelmitədqiqatlayihə" İnstitutunda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və Norveçin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə "Ofşor texnologiyalarında son nailiyyətlər, neft hasilatının artırılması" mövzusunda seminar keçirilmişdir.
Seminarda çıxış edən ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Azərbaycanda Norveç Günlərinin keçirilməsinin əhəmiyyətindən danışmışdır. X.Yusifzadə Azərbaycanın neft sənayesinin tarixi, Xəzərin quruda və dənizdə olan yataqları haqqında məlumat vermişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...