PDF Oxu

İqtisadiyyat

  • 31

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-45 kilometr hissəsi dörd zolaqlı olacaqdır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-45 kilometr hissəsi dörd zolaqlı olacaqdır

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 15-45-ci kilometr hissəsinin əlavə 2 hərəkət zolağı tikilməklə, 1-ci texniki dərəcəli, dörd zolağa çatdırılması üzrə işlər davam etdirilir.

"Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, yol boyu 4 avtobus dayanacağı, 1 yerüstü, 1 yeraltı piyada keçidi, 34 dairəvi, 8 düzbucaqlı borunun tikintisi nəzərdə tutulmuşdur.

Yolun 10 kilometr hissəsinə 2 qat asfalt-beton örtük döşənmişdir. Hazırda 26 kilometr hissədə torpaq işləri, boruların və heyvan keçidlərinin tikintisi həyata keçirilir.

İnşaat işlərinin 2014-cü ildə başa çatdırılması planlaşdırılır.

AzərTAc

Digər xəbərlər