Paytaxt ətrafında yerləşən qəsəbələrin gələcəyi "Böyük Bakının regional inkişaf sxemi"ndə xüsusi yer almışdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AzərTAc-a bildirmişdir ki, qəsəbə və kəndlərin yenidən qurulması və infrastruktur layihələri davam edəcəkdir.
Həmin yeniliklərdən biri isə Sabunçu rayonunun Balaxanı qəsəbəsində "Təmiz şəhər" layihəsi çərçivəsində yeni müəssisələrin, sosial obyektlərin, yüksək texnologiyaya malik texnoparkların yaradılması və yeni iş yerlərinin açılmasıdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...