Bakıdan Gürcüstan sərhədinə qədər uzanan avtomobil yolunun tərkib hissəsi olmaqla Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən yolun ümumi uzunluğu 80 kilometr təşkil edir.
"Azəryolservis" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihə üzrə 5 yol qovşağının, 1 körpünün, yeraltı keçidlərin və yaşayış məntəqələrindən keçən ərazilərdə yerli yolların tikintisi nəzərdə tutulur.
Tikinti işləri çərçivəsində 1 körpü və yanaşma yolları istisna olmaqla 5 yol qovşağının tikintisi artıq başa çatdırılmışdır. Nəzərdə tutulan 196 suötürücü qurğusundan 160-ı tikilmiş, torpaq işlərinin 94 faizi, asfalt işlərinin isə 75 faizi yerinə yetirilmişdir.
Hazırda tikinti işləri davam etdirilir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...