PDF Oxu

İqtisadiyyat

  • 22

Şəkidə evləri qəzalı vəziyyətdə olan sakinlər üçün tikilən çoxmənzilli yaşayış evində tamamlama işləri görülür

Şəkidə evləri qəzalı vəziyyətdə olan sakinlər üçün tikilən çoxmənzilli yaşayış evində tamamlama işləri görülür

Şəki şəhərində qəza vəziyyətində olan yaşayış evlərindən köçürülən sakinlər üçün inşa edilən 24 mənzilli yaşayış evinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

AzərTAc xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində dövlət vəsaiti hesabına inşa edilən dördmərtəbəli yaşayış evindəki mənzillər iki və üç otaqlıdır.

Binada xarici kommunikasiya xətlərinin tikintisi yekunlaşmaq üzrədir.

Tikinti işlərini "Əfqan" firmasının inşaatçıları yerinə yetirirlər.

AzərTAc

Digər xəbərlər