PDF Oxu

İqtisadiyyat

  • 40

Samir Şərifov: 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 7 faiz artacaq

Samir Şərifov: 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi 7 faiz artacaq

"2014-cü ilin dövlət büdcəsinin layihəsi Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi strategiyaya uyğun olaraq hazırlanıb. Büdcənin gəlirləri ÜDM-in 31,4 faizi, xərcləri isə 34,3 faizi həcmində proqnozlaşdırılır". Bu fikirləri maliyyə naziri Samir Şərifov deyib.

S.Şərifov bildirib ki, 2014-cü ildə dövlət büdcəsinin gəlirləri 18 mlrd. 384 mln. manat, xərcləri isə 20 mlrd. 63 mln. manat həcmində proqnozlaşdırılır. Onun sözlərinə görə, 2013-cü il üzrə isə bu göstərici müvafiq olaraq 19 mlrd. 159 mln. manat və 19 mlrd. 850 mln. manat gözlənilir.

"2014-cü il dövlət büdcəsi gəlirlərinin 9,3 milyard manatını və ya ümumi büdcə daxilolmalarının 50,8 faizini Dövlət Neft Fondundan transfertlər, 7,1 milyard manatını və ya 38,6 faizini Vergilər Nazirliyi, 1,5 milyard manatını və ya 8,2 faizini Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 milyard manatını və ya 2,2 faizini büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 0,2 faizini isə digər daxilolmalar təşkil edir. 2014-cü ildə qeyri-neft sektoru üzrə daxilolmaların dövlət büdcəsi gəlirlərinin tərkibində xüsusi çəkisi cari ilin proqnozu ilə müqayisədə 7 faiz artacaq"- deyə, nazir vurğulayıb.

yap.org.az

Digər xəbərlər