PDF Oxu

İqtisadiyyat

  • 31

“Azəriqaz” İB-də yığım səviyyəsi yüksədir

“Azəriqaz” İB-də yığım səviyyəsi yüksədir

Cari ilin 10 ayı ərzində ARDNŞ-in "Azəriqaz" İstehsalat Birliyi tərəfindən əhali sektoruna 1 591 261 346 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 104,42 faiz vəsait toplanıb.ARDNŞ-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, cari ilin oktyabr ayı ərzində 127 210 323 kubmetr təbii qaz satılıb və qarşılığında 109,7 % vəsait toplanıb.Vəsaitin toplanmasındakı faiz göstəricisinin yüksək olması 2012-2013-cü illərin payız-qış mövsümündə tələbatın artmasına görə əhaliyə satılan qazın həcminin çoxaldılması və bu səbəbdən də istehlak edilən qazın dəyərinin abonentlər tərəfindən tam ödənilməməsi ilə əlaqədardır.Həmin dövr ərzində yaranan debitor borclar 2013-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir.Nəticədə 2013-cü ilin oktyabr ayı ərzində debitor borc 2,1 % azalıb. 01 yanvar 2013-cü il tarixə mövcud olan debitor borc isə 10 ay ərzində 14,2 % azalıb.Qeyd edək ki, 2013-cü il noyabrın 1-ə olan məlumata görə, əhali sektoru üzrə 108 339 məcburi köçkün ailəsi fasiləsiz təbii qazla təmin olunur.

sia.az

Digər xəbərlər