PDF Oxu

İqtisadiyyat

  • 34

Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisinə başlanmışdır

Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisinə başlanmışdır

Prezident İlham Əliyevin 2013-cü il 31 iyul tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonu ərazisində 5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolunun tikintisinə başlanılmışdır.

AzərTAc xəbər verir ki, yolun uzunluğu 13 kilometr, eni çiyinlərlə birlikdə 10 metr, asfalt örtüyünün qalınlığı 11 santimetr olacaq, 40-a qədər müxtəlif diametrli su ötürücüləri qoyulacaqdır. Hazırda yol yatağı işlənir. Tikintidə 25 texnika, 80-ə yaxın işçi çalışır.

AzərTAc

Digər xəbərlər