PDF Oxu

İqtisadiyyat

  • 25

Mərkəzi Bankın sədri: İpoteka məsələsi daim diqqət mərkəzindədir

Mərkəzi Bankın sədri: İpoteka məsələsi daim diqqət mərkəzindədir

"İpoteka məsələsi həm Azərbaycan hökumətinin, həm də Mərkəzi Bankın daim diqqətindədir. Bununla bağlı ipetoka strategiyası da hazırlanıb". Bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov bildirib ki, ipoteka krediti ilə vətəndaşların mənzillə təmin olunması sovet sistemindən miras qalmış ödənilməmiş tələb mexanizmidir. Onun sözlərinə görə, sovet iqtisadiyyatının da həll edə bilmədiyi məsələlərdən biri də məhz mənzil problemi idi. Bu məsələnin qısamüddətlik həll olunması mümkünsüzdür.

"İpotekanın xarici dövlətlərdə belə 100 ilə yaxın yaşı var. Dövlət büdcəsində ipoteka kreditləri üçün ayrılan vəsaitləri artırmaq düzgün deyil. Bu təbii ki, bazar iqtisadiyyatına uyğun olmazdı. İpotekanın mühüm göstəricilərindən biri də ucuz mənzillərin tikilməsidir. Bunun iki yolu var. Mənzilləri ya dövlət tikə bilər, ya da xüsusi bölməni də stimullaşdıra bilər. Burada da təbii ki, bir çox dövlətlərin təcrübəsindən istifadə olunur. Hökumətlə birlikdə də bu təcrübələri öyrənirik. Xüsusi bölmə üçün şərait yaratmaq lazımdır ki, onlar da ipoteka kreditləri verməkdə maraqlı olsunlar. Banklara uzun müddətlik qoyulmuş pullar lazımdır ki, ipoteka kreditləri 20-25 illik müddətə verilə bilsin. Biz də həmin pulların mənbələrini axtarırıq"- deyə, E.Rüstəmov qeyd edib.

sia.az

Digər xəbərlər