PDF Oxu

İqtisadiyyat

  • 37

Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək daha bir sərhəd məntəqəsinin təməli qoyulmuşdur

Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək daha bir sərhəd məntəqəsinin təməli qoyulmuşdur

Türkiyənin Ərdahan vilayətində Türkiyəni Gürcüstan və Azərbaycanla birləşdirəcək Çıldır-Aktaş sərhəd məntəqəsinin təməlqoyma mərasimi olmuşdur.

Mərasimdə çıxış edən Türkiyənin gömrük və ticarət naziri Hayati Yazıçı, Türkiyə Odalar və Borsalar Birliyinin sədri Rıfat Hisarcıklıoğlu və Ərdahan valisi Seyfəddin Əzizoğlu bildirmişlər ki, 10 aydan sonra istifadəyə veriləcək bu sərhəd məntəqəsi Gürcüstan və Azərbaycana alternativ yol olmaqla yanaşı, Ərdahan vilayətinin sosial-iqtisadi inkişafına da təkan verəcəkdir. Sərhəd məntəqəsinin Gürcüstan tərəfində magistral avtomobil yolunun təmirinə göstərdiyi köməyə görə Azərbaycan dövlətinə təşəkkür ifadə edilmişdir.

2014-cü ilin avqust ayında istifadəyə veriləcək Çıldır-Aktaş sərhəd məntəqəsindən Gürcüstana keçməklə Azərbaycan avtomobillə iki saata gəlmək mümkün olacaqdır.

AzərTAc

Digər xəbərlər