Sahibkarlığa Kömək Milli Fondu Masallı rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, layihələrdə kiçik və ya orta həcmli çörək istehsalı müəssisələrinin, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının, kiçik həcmli tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...