PDF Oxu

İqtisadiyyat

  • 29

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun iclası keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun iclası keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) bərpa olunan enerji mənbələri üzrə ekspertlər qrupunun ikinci İclası başlamışdır.

AzərTAc xəbər verir ki, iclasda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qırğızıstan, Pakistan, Tacikistan və digər ölkələrin nümayəndələri iştirak edirlər.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov qonaqları salamlamış, təşkilatın tarixi və fəaliyyəti haqda danışmışdır. Sonra İƏT Katibliyinin nümayəndəsi çıxış etmiş, işçi qruplar seçilmişdir.

İclas çərçivəsində bərpa olunan enerji mənbələri sahəsində milli siyasət, regional təsirə malik layihə və proqramlar barədə informasiya mübadiləsi aparılmışdır. Həmçinin investisiyaların təşviqi, texnologiyaların inkişafı üzrə təcrübələr və enerji səmərəliliyi layihələri, müvafiq qurumlar və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq şəbəkəsinin yaradılması və əlaqələrin gücləndirilməsinə dair məsələlər müzakirə edilmişdir.

AzərTAc

Digər xəbərlər