PDF Oxu

İqtisadiyyat

  • 40

Qəbələdə bugünədək 19 min 300 hektar sahədə taxıl səpini aparılmışdır

Qəbələdə bugünədək 19 min 300 hektar sahədə taxıl səpini aparılmışdır

Qəbələ rayonunda kəndli fermerlər və torpaq mülkiyyətçiləri taxıl səpinini uğurla davam etdirirlər.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AzərTAc-a bildirmişlər ki, gələn ilin məhsulu üçün 25 min 400 hektardan çox sahədə taxıl səpinin aparılması nəzərdə tutulur. Artıq bu məqsədlə 24 min 200 hektar torpaq şumlanmışdır. İndiyədək sahələrin 19 min 300 hektarına taxıl səpilmişdir. Bunun 4400 hektarını arpa, 14 min 900 hektarını isə buğda təşkil edir. Rayonun taxılçıları buğda səpinini dekabrın 1-dək başa çatdırmağı nəzərdə tutmuşlar.

Qəbələdə səpin kampaniyasının uğurla başa çatdırılması üçün taxıl istehsalçılarının istifadəsinə lazımi sayda texnika verilmişdir. Həmçinin kifayət qədər toxum və mineral gübrə də tədarük olunmuşdur. Rayon bitki mühafizə mərkəzindən verilən məlumata görə, taxıl səpini ərəfəsində fermerlər və torpaq mülkiyyətçiləri maarifləndirilmişlər. Bildirilmişdir ki, bol məhsulun əsası sağlam, keyfiyyətli və yüksək repreduksiyalı toxumdan başlayır. Bu il rayonda taxıl səpinində əsasən "Şəki-1", "Qobustan", "Azəri", "Nurlu" "Əzəmətli-95" buğda, "Qarabağ", "Cəlilabad-19" arpa sortlarından olan toxumlardan istifadə olunur. Səpindən əvvəl taxıl sahələrində müxtəlif bakterial xəstəliklərə qarşı kimyəvi dərmanlama işləri aparılır

AzərTAc

Digər xəbərlər