PDF Oxu

İqtisadiyyat

  • 25

Londonda Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının sessiyası keçirilir

Londonda Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının sessiyası keçirilir

London şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış təşkilatı olan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 28-ci sessiyası keçirilir.

Sessiyada Azərbaycanı Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Administrasiyanın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiyada BDT-nin dəniz təhlükəsizliyi, qanunvericilik, dəniz ətraf mühitinin mühafizəsi, asanlaşdırma və texniki əməkdaşlıq komitələrinin hesabatları dinləniləcək, "Yük nişanı haqqında Beynəlxalq Konvensiya", "Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya", "Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar"a təklif edilmiş dəyişikliklər nəzərdən keçiriləcək, habelə dəniz nəqliyyatı sahəsinə dair digər mühüm normativ sənədlər və təşkilata üzv dövlətlərin könüllü audit yoxlamasından keçməsi ilə əlaqədar müzakirələr aparılacaqdır.

Tədbirdə, həmçinin dünyanın 170 dövlətinin üzv olduğu BDT-nin ali icra orqanı olan şura üzvlüyünə seçkilərin keçirilməsi də nəzərdə tutulur. Azərbaycan nümayəndə heyəti tamhüquqlu üzv olaraq həmin seçkilərdə iştirak edəcəkdir.

Noyabrın 25-dən dekabrın 4-dək davam edəcək sessiya çərçivəsində Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun bir sıra dövlətlərin dəniz administrasiyaları rəhbərləri ilə görüşləri də planlaşdırılır.

AzərTAc

Digər xəbərlər