Göyçay rayonunda pambıq yığımı başa çatmışdır.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu il torpaq mülkiyyətçiləri və fermerlər rayonun Potu və Hüngütlü kəndlərində 42 hektar sahədə "ağ qızıl" yetişdirmişlər. Bu, əvvəlki ildəkindən 5 hektar çoxdur.
Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün qüvvələrini səfərbər etmişlər. Sentyabr-noyabr aylarında rayonda, ümumilikdə 62 ton pambıq yığılmışdır. Məhsuldarlıq hər hektarda orta hesabla 15,6 sentner olmuşdur.
Yığılan məhsul Ucar rayonundakı "Pambıq" ASC-yə təhvil verilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...