PDF Oxu

İqtisadiyyat

  • 50

Gəncədə qış mövsümü ilə əlaqədar qaz xətlərinin və cihazların yoxlanılmasına başlanılmışdır

Gəncədə qış mövsümü ilə əlaqədar qaz xətlərinin və cihazların yoxlanılmasına başlanılmışdır

Gəncədə qış mövsümü ilə əlaqədar mövcud qaz xətlərinə və mənzillərdəki qaz cihazlarına baxış keçirilir.

Qaz təsərrüfatı işçilərinin keçirdikləri yoxlamalar nəticəsində bir neçə mənzildə qüsur aşkarlanmış, onların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilmişdir.

Şəhər qaz istismar sahəsinin baş mühəndisi Şubay Nəsibov AzərTAc-a demişdir ki, havalar soyuduqca mənzillərdə quraşdırılan qızdırıcı cihazların sayı artır. Bu cihazların standartlara uyğun quraşdırılması vəziyyətini yoxlamaq məqsədilə qaz sahəsinin əməkdaşları evlərdə olur, həm yoxlamalar aparır, həm də təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı təlimatlar verirlər.

Baş mühəndis onu da əlavə etmişdir ki, reydlər bütün qış mövsümü ərzində davam etdiriləcəkdir.

AzərTAc

Digər xəbərlər