"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC), "Coca-Cola" şirkəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə təşkil olunan "Youth Inc" proqramı davam edir. ARGTMŞ-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, "Youth Inc" proqramın birinci mərhələsi nəticəsində Azərbaycanda bir sıra yeni biznes-layihə yaradılıb.Proqramın məqsədi Azərbaycanda "Gənc Sahibkarlıq" anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərin öz biznesini yaradılmasında dəstək olunmasıdır. Sözügedən proqram bir tərəfdən illər ərzində toplanmış təcrübənin nəticəsi, digər tərəfdən isə gənc sahibkarlığa dəstək formasının yeni istiqamətidir."Youth Inc" proqramı əsas 5 mərhələdən ibarət olmaqla uzunmüddətli proqramdır. Birinci mərhələsi 2013 ilin yanvar-avqust aylarını əhatə edib.Proqram müddətində öz biznesini açmış gənc İlkin Hüseynov bildirib ki, bu gün bir biznesmen kimi kifayət qədər uğur qazanıb: "Youth Inc" Proqramı gənclərin öz biznesini qurması üçün böyük imkanlar yaratdı. Ümumi gənclərin sahəsinə, hətta gənclərin biznes nece açmaqları sahəsinə yəni kommersiya fəaliyyətləri başlayacağların izahı və köməyi oldu. Bir sahibkar kimi onu deyə bilərəm ki, öz biznesimi açmış bir fərd olaraq bu gün kifayyət qədər uğur qazanmışam. Bu uğurlarımın ilkin atdımı üçün "Youth Inc" proqramına borcluyam".Proqram çərçivəsində mentor qismində iştirak edən Sahib Məmmədov isə proqramın gənclər üçün yaratdığı şanslardan danışıb: "Əvvəla məni proqrama cəlb etdiyiniz üçün minnətdarlığımı bildirirəm. Onu deyə bilərəm ki, gənclərimiz üçün sizin proqramın yaratdığı şanslar həqiqətən yararlıdır. Azərbaycanda gənclərin sahibkarlığa qarşı həvəsi böyükdür, lakin hər bir potensiallı gəncə ilk addımlarında dəstək, dayaq gərəkdir. Və mən görürəm ki həqiqətən də proqram bu ilkin dayaqdan daha çoxunu edir gənclər üçün. Bir Azərbaycan vətəndaşı olaraq bunun üçün sizə minnətdarlığımı bildirirəm!"Multiplayer olaraq layihəyə qoşulan, növbəti addımlarda öz biznesini açmağa nail olmuş gənc Pərvin Qasımov isə Proqram haqqında qeyd edir ki: "Youth Inc." Proqramı neçələrinə olduğu kimi mənə də öz biznesimi qurmaqda köməklik etdi. Bütün layihə təşkilatçılarına təşəkkürlərimi bildirirəm".DVC Sədri Seymur Hüseynov "Youth Inc." Proqramının fəaliyyətini yüksək qiymətləndirmiş və proqramın gənclər üçün böyük bir baza olduğunu bildirib: "Biz iqtisadi tərəqqinin təməlini xırda və orta biznesin inkişafında gənclərin məşğulluğunun artmasında və orta sinfin genişlənməsində görürük. "Youth Inc." Proqramı bu istiqamətdə atılmış böyük addımdır. Proqramın birinci mərhələsində görülən işlərdən nəticə çıxartmaq olar ki, gənclər inkişaf edir və Proqramı inkişaf etdirir. Bu gün proqram çərçivəsində yaradılan alətlər yalnız şəbəkə aləti deyil, yaxın gələcəkdə effektiv biznes inkubatorlar və stabil gənclər şirkətlərinin yaradılması üçün bazadır. Artıq bu gün "Youth Inc" dayanıqlı proqrama çevrilib və növbəti inkişaf mərhələsinə keçməyə hazırdır.""Coca-Cola" şirkətinin rəhbəri də birinci mərhələnin nəticələrini yüksək qiymətləndirib. Qafqaz və mərkəzi Asiyada dövlət və ictimai əlaqələr üzrə menecer Oleq Pileckiy qeyd edib ki, ölkəmizin gələcəyi, fəaliyyət göstərdiyimiz üçün eləcə də, şirkət üçün cox vacibdir: "Gənc sahibkarlar ölkənin davamlı inkişafı üçün əsasdır. Və biz Azərbaycanda belə bir proqrama dəstək verdiyimizə görə çox şadıq."Xatırladaq ki, proqram müddətində keçirilən 43 təlimdə 1000 nəfərdən artıq gənc iştirak şansını qazanıblar. Gənclər eləcə də bir sıra yerli və beynəlxalq tədbirlərdə iştirak etmək şansını qazanıblar. Bakı və regionlarda gənclərə ekspertlərlə görüş, dəyirmə masalar, təbliğat kampaniyaları, tədbirlər və ekskursiyalar təşkil olunub. Hal-hazırda proqramın ikinci mərhələsinə start verilib. Ikinci mərhələdə Bakı, Gəncə, Şəki və Sumqayıt şəhərlərindən gənclər cəlb edilir. Biznes alətlərin inkişafı istiqamətinə yönəlmiş ikinci mərhələ 2013-cü ilin avqust ayı- 2014-cü il mart ayını əhatə edəcəkdir. Artıq ikinci mərhələ çərçivəsində multiplayer seçimlərinə start verilib.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...