Avropa fond bazarlarında noyabrın 28-də FTSE 100 indeksi 0,1% - 6 655 bəndədək, Almaniya DAX-ı 0,4% - 9 387 bəndədək, Fransa CAC-40-ı isə 0,2% - 4 302 bəndədək yüksəlib.SİA-nın məlumatına görə, Amerika fond bazarında Şükranlıq Günü münasibəti ilə noyabrın 28-də əməliyyat aparılmayıb.Əvvəlki ticarət günündə Dow Jones indeksi 0,2% - 16 097 bəndədək, S&P 500 0,3% - 1 807 bəndədək, Nasdaq 0,7% - 4 045 bəndədək yüksəlib.COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 242,30 dollara bərabər olub.Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3612 dollar (+0,2%) təşkil edir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...