PDF Oxu

İqtisadiyyat

  • 39

TürkPA ilə GUAM arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

TürkPA ilə GUAM arasında əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov GUAM Parlament Assambleyasının Tbilisidə keçirilən 6-cı sessiyasında iştirak etmişdir.

TürkPA-nın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, sessiya çərçivəsində Jandos Asanov GUAM Parlament Assambleyasının sədri Zurab Abaşidze, GUAM-ın baş katibi Valeri Çeçelaşvili və digər rəsmi şəxslərlə ikitərəfli görüşlər keçirmişdir.

Görüşlərdə TürkPA ilə GUAM PA arasında birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi və digər məsələlər müzakirə olunmuşdur.

J.Asanov "Sektor əməkdaşlığının perspektivləri, qlobal problemlər və birgə fəaliyyət" kimi panel müzakirələrdə çıxış etmişdir.

AzərTAc

Digər xəbərlər