PDF Oxu

İqtisadiyyat

  • 57

Paytaxtın yeni rayonunda sosial obyektlərin tikintisi və əsaslı təmiri işləri aparılır

Paytaxtın yeni rayonunda sosial obyektlərin tikintisi və əsaslı təmiri işləri aparılır

Dövlət Proqramına əsasən paytaxt rayonlarında tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Yeni yaranmış Pirallahı rayonunda da bu istiqamətdə geniş tədbirlər həyata keçirilir.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulmasında, ictimai nəqliyyatın fasiləsiz işində, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların təmir-tikintisi və bərpası istiqamətində xeyli işlər görülür.

Dövlət Proqramı əsasında əsaslı təmir işləri aparılan səhiyyə ocaqlarından biri də Pirallahı qəsəbəsindəki K.Rzayev küçəsində yerləşən 10 nömrəli birləşmiş şəhər xəstəxanasıdır. Bundan əlavə, rayondakı 5 məktəbdən 4-ü əsaslı təmir olunaraq lazımi avadanlıqla təmin edilmişdir.

Bu ilin oktyabr ayından Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 nömrəli tam orta məktəbin də əsaslı təmir işlərinə başlanılmışdır.

Həmçinin qəsəbədəki 130 yerlik "Çobanyastığı" uşaq bağçasının əsaslı təmiri planlaşdırılır. Köhnə və qəzalı binalarda yerləşən 130 yerlik "Cırtdan" və 110 yerlik "Bulaq" uşaq bağçası və körpələr evlərinin binalarının sökülərək, yerində 2 ədəd və hər biri 140 yerlik müasir tipli uşaq bağçası və körpələr evlərinin tikilməsi nəzərdə tutulmuşdur.

Əhalinin ehtiyacını nəzərə alaraq 2 ədəd, hər biri 160 yerlik əlavə uşaq bağçası və körpələr evlərinin tikintisi planlaşdırılır.

AzərTAc

Digər xəbərlər