PDF Oxu

İqtisadiyyat

  • 47

İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçiriləcək iclaslarında Azərbaycan Respublikası rəsmi nümayəndə heyəti ilə təmsil olunacaqdır

İqtisadi Əməkdaşlıq Təşkilatının Tehranda keçiriləcək iclaslarında Azərbaycan Respublikası rəsmi nümayəndə heyəti ilə təmsil olunacaqdır

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurasının Yol Komitəsinin 6-cı iclası dekabrın 8-də, Tranzit Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası isə dekabrın 9-da Tehranda işə başlayacaqdır. İƏT üzv dövlətlərinin nəqliyyat nazirlərinin iclasına hazırlıq məqsədi ilə yüksək vəzifəli şəxslərin toplantısı isə dekabrın 10-da keçiriləcəkdir.

Nəqliyyat nazirlərinin dekabrın 11-də başlanacaq iclasında üzv dövlətlərin nəqliyyat sahəsində inkişafına dair tərəflərin məlumatları dinləniləcək, ikitərəfli və çoxtərəfli layihələr barədə fikir mübadiləsi aparılacaq, tranzit daşımaların inkişaf perspektivləri təhlil ediləcək, İƏT-in nəqliyyatla bağlı layihə və proqramlarına dair müzakirələr keçiriləcəkdir.

İclaslarda Azərbaycan rəsmi nümayəndə heyəti ilə təmsil olunacaqdır.

AzərTAc

Digər xəbərlər