Zaqatala rayonunun qoyunçuluq təsərrüfatlarında heyvandarlıqda məsul dövr hesab olunan qışlamaya ciddi hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, rayonun şəxsi və fermer təsərrüfatlarında saxlanılan əhaliyə məxsus 165 min baş qoyun-keçinin 110 minə yaxını cari qışlama dövrünü Səbətli, Acınohur, Samux və Xanabad qışlaqlarında keçirəcəkdir.
Qışlaqlardakı qoyun damlarında təmir işləri görülmüş, damlar dezinfeksiya olunmuş, qoyun sürüləri tələb olunan baytar nəzarətindən keçirilmişdir. Qışlamanın mütəşəkkil keçməsi üçün kifayət qədər qüvvəli yem tədarük olunmuşdur.
Hazırda qoyun sürülərinin qışlaqlara köçü davam edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...