PDF Oxu

İqtisadiyyat

  • 64

Cari ilin noyabrında ARDNŞ 12 min 401 metr qazma işi həyata keçirmişdir

Cari ilin noyabrında ARDNŞ 12 min 401 metr qazma işi həyata keçirmişdir

Cari ilin noyabrında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 12 min 401 metr qazma işi həyata keçirmişdir.

ARDNŞ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu sahədə görülmüş işlərin 11 min 771 metri istismara, 630 metri isə kəşfiyyata aid olmuşdur.

Ümumiyyətlə, 2013-cü ilin yanvar-noyabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 138 min 439 metr qazma işi görülmüşdür. Bu işin 131 min 475 metri istismara, 6 min 964 metri kəşfiyyata aid olmuşdur.

AzərTAc

Digər xəbərlər