PDF Oxu

İqtisadiyyat

  • 71

Azərbaycanlı sahibkarlar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcəklər

Azərbaycanlı sahibkarlar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcəklər

Xəbər verildiyi kimi, "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində sahibkarların və menecerlərin 2014-cü ildə "İqtisadi kooperasiya" üzrə Almaniyada ixtisasartırma kurslarına göndərilməsi məqsədi ilə oktyabrın 29-dan noyabrın 2-dək namizədlərin seçilməsi üzrə müsabiqə keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) layihələr üzrə rəhbəri Ronald Şults, layihələr üzrə meneceri Lyudmila Metzdorf, beynəlxalq eksperti Vladislav Belov tərəfindən keçirilmiş müsabiqədə iştirak edən 80 sahibkar və menecerdən 54-ü müsabiqədə müvəffəqiyyət qazanmışlar. Onlardan 41-i iqtisadi kooperasiya üzrə ingilis dilli qrupların, 3-ü kənd təsərrüfatı sahəsində iqtisadi kooperasiya üzrə rus dilli qrupun,

10-u isə səhiyyə sahəsində iqtisadi kooperasiya üzrə rus dilli qrupun tərkibində Almaniyanın müxtəlif təlim və tədris müəssisələrində 2014-cü ilin mart-aprel və oktyabr-noyabr aylarında ixtisasartırma kursları keçəcəklər.

AzərTAc

Digər xəbərlər