Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə ilk pilot qatar 2014-cü ilin sonunda yola düşəcəkdir.
Bunu İstanbulda keçirilən III Xəzər Forumunun panel müzakirələrində Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov demişdir.
Z.Məmmədov bildirmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə arasında əməkdaşlığın məntiqi nəticəsi olan layihənin həyata keçirilməsi davam edir. "Marmaray" layihəsinə tam olaraq başlandıqdan sonra BTQ-nin işə düşməsi Avropa və Asiya arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasını təmin edəcəkdir.
Nazir qeyd etmişdir ki, Azərbaycan, eyni zamanda, Ələtdə yeni Beynəlxalq Dəniz Ticarət Limanının tikintisini də həyata keçirir. Limanın ərazisində iri logistik mərkəzin yaradılması planlaşdırılır. Limanda birinci mərhələnin yekunlaşmasından sonra daşıma imkanları ildə 10 milyon ton yük və 50 min ton iri həcmli konteyner təşkil edəcəkdir. Sonrakı mərhələlərdə imkanlar 25 milyon ton quru yükə və 1 milyon ton konteynerə çatacaqdır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...