Cari ilin yanvar-oktyabr aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz artaraq 29,1 milyard manata çatmış, onun adambaşına düşən həcmi orta hesabla 3130,1 manat təşkil etmişdir. Əhalinin hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 4,2 faiz bəndi üstələyərək 6,4 faiz olmuşdur.
Dövlət Statistika Komitəsindən bildirmişlər ki, həmin müddətdə gəlirlərin 68 faizi son istehlaka, 9 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 21,3 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.
yap.org.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...