11-12 dekabr 2013-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) Frankfurtda (Almaniya) təşkil olunacaq "2-ci illik Frankfurt Qaz Forumu"-nun akademik tərəfdaşı olacaq. SAM-ın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmira Rzayeva "Avropa qaz bazarının inkişafı və Azərbaycan qazının mümkün marketinqi" mövzusunda çıxış edəcək.
Konfransın ilk günü "Cənub Qaz Dəhlizinin hazırkı problemləri və gələcək perspektivləri", "Şərqi Aralıq Qazı AB -yə: Ticari Perspektivlər və Problemlər", "Cənub Qaz Dəhlizi Və Şərqi Aralıqda Investisiya Perspektivləri", "Rusiyanın AB-yə Qaz Ixracının Gələcək Perspektivləri: Rusiya Yeni AB Qaz Bazarında Necə Ticarət edəcək?" mövzulu panellər planlaşdırılır.
İkinci gün "Cənub Qaz Dəhlizi Geosiyasəti və Bunun Avropa Enerji Təhlükəsizliyinə Təsiri" və "Şərq Aralıq Ofşor Qazının Geosiyasi Riskləri Və Ticari Perspektivləri" mövzularında müzakirələr nəzərdə tutulub.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...