Suraxanı rayonunda "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq səhiyyə obyektlərinin tikintisi sahəsində tədbirlər görülür.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, həmin çərçivədə 12 nömrəli birləşmiş şəhər xəstəxanasının və 23 nömrəli şəhər poliklinikasının əsaslı təmiri artıq başa çatdırılmışdır.
Eyni zamanda, 31 nömrəli şəhər poliklinikasının, 13 nömrəli birləşmiş şəhər xəstəxanasının (əvvəlki 4 nömrəli tibbi sanitar hissə) əsaslı təmiri və 2 nömrəli bərpa xəstəxanasının köhnə binasının yerində yeni xəstəxana binasının tikintisi davam etdirilmişdir.
Həmçinin Bülbülə və Əmircan qəsəbələrində hər birinin 2000 nömrə tutumu olan ATS-lər tikilmişdir.
Hazırda isə Hövsan qəsəbəsinin "Bağlar" yaşayış sahəsində tutumu 2000 nömrə olan ATS-in tikintisi işləri aparılır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...